воскресенье, 5 апреля 2015 г.

3.Şagirdləri mütaliəyə cəlb etməyin yolları

 BUKLET
           
            Kitabı necə gəldi oxumaq yox,sistemli şəkildə oxumaq lazımdır.Oxuduqdan sonra əsəri bir      neçə yöndən dərindən təhlil etmək lazımdır.Sistemli  oxunan kitab uzun müddət yadda qalır və oradakı həyat situasiyalarından yeri gələndə şagird özü də bəhrələnə bilir.Oxuduğumuz əsərlərin canlı və internet saytları vasitəsilə müzakirəsini təşkil etmək olar.Mütaliə dövlətin əsasını gələcəkdə təşkil edəcək gənclərin formalaşdırılması deməkdir.
                                   
                                        
                            


          Bu gün Prezident İlham Əliyevi, eyni zamanda, Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz.





2.Mütaliə və kitab haqqında hikmətli sözlər,aforizmlər


MÜTALİƏ VƏ KİTAB HAQQINDA


Kitabxana xalq, millət üçün, cəmiyyət 
üçün müqəddəs bir yer, mənəviyyat, bilik,               

zəka mənbəyidir. 
                             HeydərƏliyev                             
                                                                  

Yaxşı kitab çox qiymətli xəzinədir.
                                            H.Zərdabi
Axmaqlarla oturub-durmaqdansa , 
kitabla tənha oturmaq yaxşıdır. 
                                        Qasım bəy Zakir
Kitab -sənin ilk dostundur
                                                   M.Ə.Sabir
 Kitablar bizi ötən əsrlərin mənəvi həyatının varisi edir
                                                                            N.B.Vəzirov
Kitabsız ömrün nə mənası var
                                            Səməd Vurğun

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır. 
                                                                         Mişel Monten 
Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, 
ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq. 
                                                                      Maksim Qorki
Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır
                                                                              Şekspir
Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar                                      
                                                                               Monten
Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır
                                                                Seneka
Bu günün gərçək universiteti, bir kitabxanadır
                                                                         Karli

Kitab, tək ölümsüzlükdür
                                  Rufus Şoat
Kitablar, itmiş başların abidələridir
                                       Sir Vilyam Davenant
Kitablar, heç solmayacaq bitkilərdir
                                                     Herrik
Kitab heç aldatmayan bir yoldaşdır
                                                     Gilbert
İnsan güc ilə yox, mütaliə  etməklə ağıllanır
                                                            C.Bruno
Əsl təhsil yalnız mütaliə  ilə əldə edilir
                                                         N.A.Rubakin

Kitab ruhu qidalandırır, insanı ucaldır və möhkəmləndirir
                                                                             U.M.Tekkerey              
Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır
                                                                           A.M.Upit
 Kitab mənim üçün, tacdan qiymətlidir
                                                            V.Şekspir
Kitab nəsillərin bir-birinə vəsiyyətidir
                                                    A.Gertsen

                           
Kitab bilik mənbəyidir
                            M.Qorki
Kitab təfəkkürün yorulmayan qanadlarıdır
                                                        C.Svift
Kitabsız qalmaq çörəksiz qalmaqdan çətindir
                                                                  V.Kubarev
Savadlı adam mütaliə etmirsə təkrar savadsızlığa məhkumdur
İnsan gərək bütün ömrü boyu maariflənsin
                                                                 A.V.Lunaçevski

Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir
                                                                    R.Dekart 
Kitab insanda görmədiyim, bilmədiyim,cəhətləri mənə sübut etmək qüdrətinə malikdir
                                                                            M.Qorki



 Kitab sahilsiz dəniz,biliklər ümmanıdır
                                                                    Aybek
Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən- nəsillərə yetirən fikir gəmiləridir
                                                                                  F.Bekon
 Hər kim kitab oxumursa düzgün fikirləşə bilməz
                                            D.Didro
 Kitabsız ev ürəksiz bədəndir
                                                   M.Siseron
 Yaxşı kitab müəllifin bəşər nəslinə hədiyyəsidir.
                                                                 Ç.Aytmatov



Kitab təfəkkürün yorulmayan qanadlarıdır.
                                                                     Aybek
Kitaba malik olmamaq, əqli yoxsulluğun ən yüksək dərəcəsidir.
                                                                     
C. Reskin


суббота, 4 апреля 2015 г.

1.Milli adət və ənənələrimizi özündə qoruyub saxlayan əsərlərə çəkilmiş filmlər

                                                                                                                 
Картинки по запросу Azərbaycan milli adət ənənə foto
                                                                                                                                                                                                                                                                                                                  
            Milli-mənəvi dəyərlər və Azərbaycançılıq-bu sözlər hər bir Azərbaycan     vətəndaşı üçün doğma,əziz və müqəddəsdir.Xalqın toy-büsat mərasimi,bayram adət-ənənələri,Novruz mərasimləri,yas mərasimləri,İslam dininin təmizlik,düzlük,insanlıq kimi  bəşəri,ali hissləri tərbiyə edən dəyərləri  onun milli-mənəvi dəyərlərini  özündə yaşadır.Bütün bunların kontekstində Azərbaycan vətəndaşının varlığı göstərilir.Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansısa mərhələsində unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
                                                          
Картинки по запросу Mehriban əliyeva milli adət ənənələrimizi təbliği foto         Картинки по запросу Mehriban əliyeva milli adət ənənələrimizi təbliği foto
           Görkəmli yazıçılarımız öz əsərlərində xalqımızın milli adət-ənənələrinin,mənəvi dəyərlərinin  qorunmasına çox böyük önəm vermişdir.       Bu əsərlərin əsasında ssenari yazılaraq filmlər çəkilmişdir. 1929-cu ildə Cəfər Cabbarlının “Sevil”  pyesinin motivləri əsasında eyniadlı film çəkilib.Bu filmdə Azərbaycan ailəsi,geyim mədəniyyətimiz,adət-ənənələrimiz  təqdim olunub.



1969-cu ildə ekranlaşdırılan “Dəli Kür”filmi İsmayıl Şıxlının əsəri əsasında çəkilib.Bu əsərdə Novruz bayramının keçirilmə qaydaları,qapı busmaq,torba atmaq,cama üzük salıb bəxt sınamaq kimi ənənələrimiz öz əksini tapıb.Bu əsərdə həmçinin qədim ənənəvi idman növü olan cıdırı təsvir edilib.


1975-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında  “Dэdə Qorqud” bədii tarixi filmi də milli maraqlarımıza xidmət edən filmdir.Burada əski türk boylarının yaşam tərzi ,ənənələri,türk kişilərinin dar gündə birləşməyi əks olunur.


İsa Hüseynovun “ Tütək səsi” povestinin motivləri əsasında “Tütək səsi” filmi çəkilib.Bu əsərdə kənd sakinlərinin ağsaqqal sözünə ehtiram bəsləməsi,ailənin müqəddəsliyi,milli ənənələrə bağlılıq  əsas götürülür.
Fərman Kərimzadənin  “Qarlı aşırım” romanı əsasında ”Axırıncı aşırım” filmi çəkilib.Bu əsərdə də dostluğa sadiqlik,duz-çörəyə hörmət əks olunur.”Çörək kəsəni qılınc kəsməz” atalar sözü işlənir.


Səməd Vurğunun ”Komsomol” poeması əsasında çəkilən ”Yeddi oğul istərəm” ,Mirzə İbrahimovun “ Böyük dayaq”  romanı əsasında çəkilən “ Böyük dayaq”  filmlərində də milli-mənəvi dəyərlərimiz,adət-ənənələrimiz əks olunub.