суббота, 4 апреля 2015 г.

1.Milli adət və ənənələrimizi özündə qoruyub saxlayan əsərlərə çəkilmiş filmlər

                                                                                                                 
Картинки по запросу Azərbaycan milli adət ənənə foto
                                                                                                                                                                                                                                                                                                                  
            Milli-mənəvi dəyərlər və Azərbaycançılıq-bu sözlər hər bir Azərbaycan     vətəndaşı üçün doğma,əziz və müqəddəsdir.Xalqın toy-büsat mərasimi,bayram adət-ənənələri,Novruz mərasimləri,yas mərasimləri,İslam dininin təmizlik,düzlük,insanlıq kimi  bəşəri,ali hissləri tərbiyə edən dəyərləri  onun milli-mənəvi dəyərlərini  özündə yaşadır.Bütün bunların kontekstində Azərbaycan vətəndaşının varlığı göstərilir.Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansısa mərhələsində unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
                                                          
Картинки по запросу Mehriban əliyeva milli adət ənənələrimizi təbliği foto         Картинки по запросу Mehriban əliyeva milli adət ənənələrimizi təbliği foto
           Görkəmli yazıçılarımız öz əsərlərində xalqımızın milli adət-ənənələrinin,mənəvi dəyərlərinin  qorunmasına çox böyük önəm vermişdir.       Bu əsərlərin əsasında ssenari yazılaraq filmlər çəkilmişdir. 1929-cu ildə Cəfər Cabbarlının “Sevil”  pyesinin motivləri əsasında eyniadlı film çəkilib.Bu filmdə Azərbaycan ailəsi,geyim mədəniyyətimiz,adət-ənənələrimiz  təqdim olunub.



1969-cu ildə ekranlaşdırılan “Dəli Kür”filmi İsmayıl Şıxlının əsəri əsasında çəkilib.Bu əsərdə Novruz bayramının keçirilmə qaydaları,qapı busmaq,torba atmaq,cama üzük salıb bəxt sınamaq kimi ənənələrimiz öz əksini tapıb.Bu əsərdə həmçinin qədim ənənəvi idman növü olan cıdırı təsvir edilib.


1975-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında  “Dэdə Qorqud” bədii tarixi filmi də milli maraqlarımıza xidmət edən filmdir.Burada əski türk boylarının yaşam tərzi ,ənənələri,türk kişilərinin dar gündə birləşməyi əks olunur.


İsa Hüseynovun “ Tütək səsi” povestinin motivləri əsasında “Tütək səsi” filmi çəkilib.Bu əsərdə kənd sakinlərinin ağsaqqal sözünə ehtiram bəsləməsi,ailənin müqəddəsliyi,milli ənənələrə bağlılıq  əsas götürülür.
Fərman Kərimzadənin  “Qarlı aşırım” romanı əsasında ”Axırıncı aşırım” filmi çəkilib.Bu əsərdə də dostluğa sadiqlik,duz-çörəyə hörmət əks olunur.”Çörək kəsəni qılınc kəsməz” atalar sözü işlənir.


Səməd Vurğunun ”Komsomol” poeması əsasında çəkilən ”Yeddi oğul istərəm” ,Mirzə İbrahimovun “ Böyük dayaq”  romanı əsasında çəkilən “ Böyük dayaq”  filmlərində də milli-mənəvi dəyərlərimiz,adət-ənənələrimiz əks olunub.






Комментариев нет:

Отправить комментарий